|
ABŞ dövlət katibi “Əfqanıstandan qaçmaq” ittihamlarına cavab verdi

“Əgər biz qoşunlarımızı çəkməsəydik belə “Taliban” radikal hərəkatının döyüşçüləri genişmiqyaslı hücuma başlayacaqdılar”.
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Əfqanıstanda baş verən son hadisələrə görə Co Bayden administraisyasını suçlayanlara bu sözlərlərlə cavab verib.
Dövlət katibi bununla bağlı yaranan suallara CNN kanalına verdiyi geniş müsahibəsində aydınlıq gətirib.
Entoni Blinkenin sözlərinə görə, ABŞ Əfqanıstanda ilk növbədə terror təhlükəsini ortadan qaldırmaq üçün daxil olmuşdu. Rəsmi Vaşinqton uzun müddət bu məsələdə nailiyyətlər də əldə edib. Bundan başqa Birləşmiş Ştatlar Əfqanıstan hökumətinin və onun silahlı qüvvələrinin saxlanmasına milyardlarla pul xərcləyib.

Amerikalı siyasətçi bundan sonra Əfqanıstanda ordu saxlamağın mənasız olduğunu qeyd edərək, bunun ən çox düşmənlərinin istəyi olduğunu vurğulayıb.

“Hesab edirəm ki, bizim bir çox strateji rəqibimiz burada ən az 5 və ya 10 il qalmağımızı istəyərdi”, - deyə o, bildirib.