|
Ağlıma dar ağacı gəlir

 

Azərbaycanın gözəl guşəsi İsmayıllı rayonunda məmur özbaşnalığının bünövrəsi sabiq icra başçısı Nizami Ələkbərovun vaxtında qoyulub . Sonradan rayona icra başçısı təyin olunmuş mərhum Mirdamət Sadıqovun zamanında bu uçurum daha dərin izlər buraxmağa başladı . Sabiq icra başçısı özünə yaxın bildiyi bütün adamları rayondakı idarə müəssisələrə yığmaqla bir güllü-çiçəkli biyaban yaratdı .Daha doğrusu “Mafiya”topladı. Etdiklərindən isə sabiq başçı özü və ətrafı qazandı. Yazıq rayon camaatı isə hələ də itirə-itirə başlarını itirib. Ancaq bu sabiq icra başçısı həyatda olmasa da, əməlləri göz qabağındadır.Camaat  çətin günlərində onu layiqli olduğu tərzdə yad edir. Nəysə keçək mətləbə: Rayon səhiyyəsinin durumu ayrı bir mövzudur. Burada açıq bazar tüğyan edir. Yeri gəlmişkən, onu qeyd edim ki, dövlətin ağır xəstələrə ayırdığı dərmanları xəstələrə satsalar, can dərdi, necə, harada satılır ,ayrı bir geniş mövzudur. Rayon təhsil müəssisələrində baş verən özbaşınalıqlar,şikayətçılərin necə, nə cür susdurulması və aldadılması halları tez-tez rast gəlinir. Turizm mədəniyyət mərkəzində qanuna zidd hallar ,rüşvət ,rayon məşğulluq mərkəzi, rayon suartizan quyuları və suvarma idarəsi kənd və qəsəbələrdə icra nümayəndə və bələdiyyə sədrlərinin    özbaşnalıqları və.s sadalamaqla bitməyən faktlar mövcuddur. İsmayıllı şəhərində şəhər bələdiyyəsinin yarıtmaz fəaliyyəti ,bütün sahələrdə özünü biruzə verir. Hər gün demək olar ki ,icra hakimiyyətinin qarşısında şikayətçilərin olması və uzun illərdən bəri yığılıb qalmış problemlər  heç bir həllini tapmır , əksinə, gündən – günə artır . Bunları əhaliyə yaradan isə harınlamış məmurlardır. Bu şəhərdə bir nömrə problem işsizlikdir. Əhalinin böyük əksəriyyəti maddi sıxıntılar içərisində yaşayır.

Rayon ərazisində açılışları həyata keçirilən müəssisələr elə açılış günü açıldığını gördük . Sonra bir daha o müəssisələrin üzü xalqa açılmadıki ,açılmadı . Bəli, bu rayonda kompleks tədbirlər keçirmək vaxtıdır. 2000-ciildən bu  vəzifə başında çalışan məmurların fəaliyyəti araşdırılmalıdır. Rayonda rüşvət var, bu gün də davam edir və heç bir işi rüşvətsiz aşırmaq olmur. Bunları nəzərdən keçirdikdə, aydın olur ki, dövlət qanunlarını heçə sayan harınlamış məmurlar hələ də var. Onlara cəza qətiimkan tədbirləri seçirsən olmur, işdən azad edirsən, olmur. “Ağlıma dar ağacı gəlir”. Allah sizin gözünüzü doydursun. Qarnınız haram yeyir, ƏHSƏN! Bəs vicdanınız necə həzm edir?? Dövlət başçısının korrupsiya ilə mübarizə addımları və bu istiqamətdə görülən işlər təqdirə layiqdir. Ümid edirik ki, nəinki İsmayıllı , bütün rayonlarımızın məmurları vicdanla xalqa xidmət edəcək.

Cia.az