|
Möhbalıyevin  Putyovka bazarı

1992- ci ildən Azərbaycan həmkarlar İttifaqları Konfederasiyası fəaliyyət göstərir. Səttar Möhbalıyev isə 29 ildir yağ içində böyrək bəslənir. Naz-nemət içərisində güzəran keçirib, dövran sürür. Yediyi qarşısında, yemədiyi arxasındadır. Sərvəti başından aşan Möhbalıyev təkcə özünü deyil, özündən sonra şəcərəsini davam etdirib, lampasını yandıranları da düşünüb, gün ağlayır. Səttar müəllimin rəhbərlik etdiyi qurum ailəsini məmnun etsə də, vətəndaşlar həmişə bu təşkilatdan narazı olub. Qurumun ismi korrupsiya və putyovka alveri ilə dildən- dilə düşüb. Varidatı 10 milyonlarla ölçülən Möhbalıyev vətəndaşlardan tutulan 10 manatlarla 10 milyonlara sahib olub. Baş altındakı yastığı da kağızdan olan Səttar müəllim putyovka satmaqla Türkiyədə və digər xarici ölkələrdə də özünə sərvət yığıb. Həmkarlar ittifaqını “Ailə Konfederasiyası” kimi idarə edən Səttar bəy siyasətdə o qədər mahirdir ki, dörd ətrafına ancaq güvəndiyi adamları yığır ki, sirrindən aləm hali olmasın, öz qazancı özlərinə qismət olsun. Hər il vətəndaşlardan 50 milyona yaxın üzvlük haqqı tutulur , üzvlük haqlarının saxlandığı sandıq isə Möhbalıyevin şalvarının cibləridir. Üzvlük haqlarını yeyib, üstdən su içir ki, yediyi boğazında ilişib qalmasın. Mətbuatda dəfələrlə Möhbalıyevin Kurort səhmdar cəmiyyəti vasitəsilə əlində sərvət saxladığı barədə məlumatlar dərc olunsa da, Səttar müəllim susqunluğunu qoruyub saxlayır. Səbr yiyəsi olan putyovka alverçisi yazılanları nə təsdiq, nə təkzib edir.

Dostluğa sadiq həmişə bir mənəm

Müəllimin ptyovka alveri 2 sirdaşının, mənəvi qardaşının istirahət mərkəzi üzərində mərkəzləşdirilib. Hadı Rəcəbli və İqbal Məmmədovla ticarət edən Möhbalıyev bu ticarətdən məmnundur. AHİK tərəfindən göndərilən vərəqələri Lerikə və Lənkarana qardaş diyarına göndərən AHİK sədri “Dostluğa sadiq həmişə bir mənəm”, deyir.

Möhbalıyevin comenti

Məlumdur ki, Səttar müəllim həm də bizi parlamentdə təmsil edir. Lakin nədənsə ağzını açıb, tribunada AHİK -nin problemlərindən kəlimə söz açmır. Əhval -ruhiyyəsi babat olanda sadəcə həmkarlarla bağlı problemlərə comentlə kifayətlənir.

Sanatoriyalarda kim dincəlir?

Heç kimə sirr deyil ki, ölkədaxili sanatoriyalara ptyovkalar həmkarlar üzvlərindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan insanlara müəyyən məbləğə satılır. Ümumiyyətlə, qurumda korrupsiya ptyovkalar üzərində cəmləşib. Dövlətin balansında olan sanatoriyaları Möhbalıyev şəxsi biznes obyekti kimi idarə edir.

Sərvətin mənbəyi

Sərvəti milyonlarla ölçülən Səttar müəllimin sərvətinin mənbəyi putyovka alveri olsa da, böyük kapitalı kiçik ticarətlə ləkələmək istəməyən iş adamı Möhbalıyev qazandıqlarını qohumlarının adına özəlləşdirir ki, el qınağı alıb, gözə, nəzərə gəlməsin.

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir

Sərvəti başından aşan Möhbalıyev sıradan vətəndaşlara “Fəhlə sən də özünü bir insanmı sanırsan?!” mesajı göndərir. İl uzunu işləyən vətəndaşa 5 gün dincəlməyi çox görən Səttar müəllim putyovkaları cahü -cəlalı olanlara satır. Putyovka bizimdirsə, ixtiyar da bizimdir prinsipi hərəkət edir.

Ailə ittifaqı

Səttar müəllim Həmkarlar ittifaqı adı ilə ailə ittifaqı yaradıb ki, ailə üzvlərindən kimsə boş- bekar qalmayıb. Necə lazımdır hamı işlə təmin olunub. Bütün sistemi idarə edən Möhbalıyevlər ailəsidir. Putyovka alverindən gələn pullar isə ailənin xırda xərclərinə, gündəlik dolanışığına sərf olunur.

Vicdan satılmır, Möhbalıyev

Vicdan daxilimizdəki Allahın səsidir. Dükanda, bazarda satılmır ki, gedib putyovka kimi “puluma minnət” deyib, alasan. Həmkarlar İttifaqı işçilərin maraqlarını müdafiə edən təşkilat olmalıdır. Qurumun gücü isə fəhlə sinfidir. Fəhlə sinfini Həmkarlar İttifaqına üzv olmağa məcbur edənlər işçilərin maaşlarından tutulan faizlə özlərinə varidat toplayır. İşləyən vətəndaşların maaşlarından tutulan üzvlük haqları hesabına saxlanan Konfederasiyaya hər il 50 milyondan artıq üzvlük haqqı toplandığı iddia olunsa da, bu vəsaitin necə və hara xərclənməsi isə Konfederasiya rəhbərinə və Allaha ayandır. CİA/Az