Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən su anbarında yanğın başlayıb.
CİA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Hazırda Ceyranbatan su anbarının ətrafındakı ağaclıq və kol-kos ərazi yanır. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.
