Rusiyanın məşhur müğənnisi Filipp Kirkorovun Ukraynaya girişinə 3 illik qadağa qoyulub.
Musavat.com bildirir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, buna səbəb müğənninin ölkənin milli təhlükəsizliyinə təhlükə olmasıdır:
“Ukraynanın milli təhlükəsizliyini təmin etmək məqsədilə ölkənin Təhlükəsizlik Xidməti 2021-ci ilin iyunun 7-sindən etibarən Filipp Kirkorovun 3 il müddətinə ölkəyə gəlişinə qadağa qoyulması barədə qərar qəbul edib”.
Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi bir neçə mədəniyyət sahəsinin nümayəndələrini ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan şəxslər siyahısına salır. Onların arasında xeyli sayda rusiyalı sənətçilər var.
Xatırladaq ki, Filipp Kirkorov 2008-ci ildə ölkənin keçmiş Prezidenti Viktor Yuşenko tərəfindən Ukraynanın Xalq artisti fəxri adına layiq görülüb.
