|
İrandan gətirilən qadağan edilmiş dərman vasitələri müsadirə olunub

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından tranzit keçməklə gələn "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonunda müxtəlif adda olan 780 həb aşkar edilib.

Aşkar edilən dərman vasitələrindən "Alprazolam 1 mg" və "Phenobarbital 100" adlı dərmanlar "Azərbaycan Respublikasında dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı" na daxildir.