Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsi 21/7 ünvanında neçə vaxtdır ağac quruyub, bir tükdən asılı qalıb. Təbiətin şıltaqlığı sakinlərin narahatçılığına , nigarançılığına səbəb olur. Ağac yola da maneçilik törədir, gediş- gəliş yolunu kəsir. Sakinlər aidiyyatı qurumlara, yaşıllaşdırma idarəsinə məlumat versə də, hələki tədbir görülməyib. Yaşıllaşdırma idarəsi ağacı və sakinləri buraxıb Allah ümidinə.
Cia/az
