|
İki yaşlı uşaq eyvandan yıxıldı

Lənkəran rayonunda azyaşlı eyvandan yıxılaraq xəsarət alıb.

CİA.AZ APA-ya istinadən xəbər verir ki, rayonun Gəgiran kəndində 2019-cu il təvəllüdlü Gündüz Rasim oğlu Hadıyev eyvandan həyətə yıxılıb.

Kəllə-beyin travması alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.