|
“Hələ də inanmıram ki, baba olmuşam”

Əməkdar artist Eyyub Yaqubov "Gündəlik" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, müğənni oğlu və nəvəsi Talehdən danışıb:

“Baba olmaq mənə nağıl kimi gəlir. İnanmıram ki, nəvəm olub. Özümü hələ uşaq sayıram. Oğlum tez evləndi. Allah belə qismət etdi. Nəvəm Tanrının hədiyyəsidir. Bu hisləri sözlə ifadə etmək çətindir”.