|
Demetdən ayrılıq iddialarına cavab

Müğənni Oğuzhan Koçla eşq yaşayan aktrisa Demet Özdemir haqlarında yayılan ayrılıq iddialarına cavab verib.

Aktrisa tvitter hesabında "Bəs bizim bundan xəbərimiz yoxdur?" qısa şərhi ilə şayiələri yalanlayıb.

Qeyd edək ki, D.Özdemir sonuncu dəfə "Doğduğun ev kaderindir" serialında rol alıb.