|
TƏBİB-dən xəstəxanalarda oksigen balonlarının çatışmazlığı iddialarına CAVAB

Son günlər xəstəxanalarda oksigen balonlarının çatışmazlığı ilə bağlı problemlərin olduğu barədə məlumatlar yayılır.

Bu problem nəticəsində koronavirusa (COVID-19) yoluxan xəstələrinin vəziyyəti ağırlaşır.

Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış "oxu.az"a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Hazırda koronavirus və qeyri-COVID tibb müəssisələrində oksigen balonları ilə bağlı heç bir problem yaşanmır”.