Sentyabrda keçirilməsi planlaşdırılan Nyu-York moda həftəsində nümayişi izləməyə yalnız koronavirus pasportu olan qonaqlar buraxılacaq.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu qayda həmçinin tədbirin təşkili və keçirilməsinə cəlb olunan hər kəsə şamil edilib.
Qeyd edək ki, Nyu-Yorkda moda həftəsi sentyabrın 8-dən 12-dək davam edəcək.
