|
Hacıqabulda fərdi yaşayış evi əşyaları ilə birgə yanıb

Hacıqabul rayonunun Qubalı kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli (hər mərtəbəsi 144 m²) 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin yanar konstruksiyaları, ev əşyaları, evin damına yığılan 100 ədəd, evə bitişik yığılan 300 ədəd taxta taralar və yaxınlıqda ümumi sahəsi 150 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.