|
Zaqatalada yük maşını ilə motosiklet toqquşub, iki qardaş xəsarət alıb

Zaqatalada yük maşını ilə motosiklet toqquşub, iki qardaş xəsarət alıb.

APA xəbər verir ki, hadisə rayonun Çobankol kəndinin inzibati ərazisində baş verib.

“Ford” markalı kiçik tutumlu yük maşını ilə rayonun Çobankol kənd sakini 1979-cu il təvəllüdlü Aslan Ələddin oğlu İsmayılovun idarə etdiyi qoşqulu motosiklet toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. İsmayılov və motosikletdə sərnişin qismində olan sürücünün qardaşı 1988-ci il təvəllüdlü Tərlan Əllədin oğlu İsmayılov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan T. İsmayılovun müalicəsi xəstəxananın reanimasiya, A. İsmayılovun müalicəsi isə təcili yardım şöbəsində aparılır.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.