Rusiyanın Şeremetevo hava limanında maraqlı hadisə baş verib.
Musavat.com "Oxu.az"a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə təyyaryə buraxılmayan sərnişinin alternativ yola əl atması əks olunub.
Belə ki, içkili vəziyyətdə olduğu bildirilən şəxs yük zolağı vasitəsilə təyyarəyə daxil olmağa çalışıb.
Onun artıq saxlanıldığı və polisə təhvil verildiyi qeyd olunub.
