|
Kürdəmir sakini məsciddə intihar edib

Kürdəmirdə intihar hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Cəyli kəndində qeydə alınıb.

Yerli sakin, 34 yaşlı Rüstəmov Vilayət Ramiz oğlu özünü kəndin məscidində asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

V.Rüstəmovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.