|
Seçkiöncəsi siyasətçi, seçkidən sonra biznesmen deputatlar

Xalq deputatı seçir ki, promlerinin həllində aparıcı qüvvə ,camaatın sağ əli, kütlənin Milli Məclisdə səsi olsun. Ümumiyyətlə, vətəndaşla birbaşa əlaqə tərəfdarı olub, uyğun iş mexanizmi qursun. Seçmir ki, gəlib nəsil nəcabətinə sərvət yığsın. Parlamentimizdə bizi təmsil edən, xalqın səsini yalan vədlərdə oğurlayan, seçkiqabağı yağışdan sonra artan göbələk kimi təbliğat və təşviqat kompaniyasına qoşulanlar öz şəxsi mənafeyini, nufuzunu xalqın problemlərindən üstün tutur, ağılları necə kəsir elə də hərəkət edir, atlarını hara gəldi çapırdırlar.

Deputat etikası

 Deputat toxunulmazlığından istifadə edən Dibdət bəylər güvən yerimiz olan asayiş keşikçisinə fiziki şiddət göstərib,əl qaldırmaqdan belə çəkinmirlər. Deputat səlahiyyətlərindən xəbərsiz olan şəxs xalqın güvən yeri olan polisə xəsarət yetirir.

Son günlər  “deputat” Eldəniz Səlimovun Xaçmaz rayonunda istirahət mərkəzlərinin birində polis əməkdaşı  Zaur Cavanşir oğluna əl qaldırıb, xəsarət yetirməsi dırnaq arası deputatlara qarşı camaat arasında mənfi rəy formalaşdırıb, narazılıq yaratdı. 

       eldəniz.jfif

 Heydər Əliyev demişdir ; “Müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. 

Müstəqilliyimizi öz şəxsi müstəqilliyindən ayıra bilməyən deputat Eldəniz müəllim isə “Burada mən Bağdatda kor xəlifə” deyib, gücünü polis əməkdaşının üstündə sınayır. Heyvanın qudurduğunu eşitmişdik, şüurlu yaradılışın qudurmasını isə dibdət bəylər elmə töhfə verdi.

 Cənab prezidentimiz polisə olan hörməti dövlətə olan hörmət kimi qiymətləndirsə də, Səlimov kimilərin nə dövlətə hörməti var, nə millətə.

 Gücü polisə, sıravi vətəndaşa çatan xalqın səsi olub, lakin  Milli Məclisin iclaslarında xalq səsini eşitməyən biznesmen deputatların başı bizneslərinə o qədər qarışıb ki, xalqın problemlərinə ayıracaq zamanları yoxdur. 

Danışmaq gümüşdürsə, susmaq qızıldır

Milli Məclisdə bizi təmsil edən deputatların bir neçəsi istisna olmaqla əksər deputatlarımız susqunluğunu qoruyub saxlamağı bacarır. “Azacıq aşım, ağrımaz başım” deyib, dinləməyi daha münasib bilirlər.

Seçkiöncəsi siyasətçi, seçkidən sonra biznesmen

Dibdət bəylərin macəraları bitmir ki, bitmir. Seçkiöncəsi siyasətçi, seçkidən sonra biznesmen, sahibkar olurlar. Deputat mandatına sahib olduqdan sonra siyasət, seçki dairəsi, vədlər hamısı unudulur. 

Şəhid ailəsinin mebelini əlindən alan “deputat” Elnur Allahverdiyevi yəqin xatırladız. “Kontakt home” mağazalar şəbəkəsinin sahibi Elnur müəllimin 42 mağazası fəaliyyət göstərir. Acgöz deputatımız şəhid ailəsinə bir çarpayını çox görüb. Canını yolumuzda qoyub, qanını tökənlərə taxta parçasını qıymır.

          elnur.jfif

      

Allahverdiyev müsahibələrinin birində  deyir” Şəffaflığa və qanuna riayət etməyə çalışmışam və şükürlər olsun ki, bu, bizdə alınır” Müəllim şəffaflığa , qanuna necə riayət edirsə, qanunvericiliklə deputatlara bizneslə məşğul olmaq qadağandır. Qanunsevər deputatımız isə sahibkar deputat statusunu itirmək istəmir.

Deputat  Allahverdiyevin şüarı az danışmaq, çox işləməkdir. Səhv başa düşməyin, çox işləmək deyəndə biznes sahəsini, az danışmaq dedikdə, Milli Məclisdəki çıxışını  nəzərdə tutub.

Biznesmen deputatların siyahısında Relaks istirahət mərkəzinin sahibi İqbal Məmmədov da yer alır. Bir gündə üçcə mənzil alan Məmmədov da xalqın dərdinə ağlayanın iki gözdən olmasına inanan deputatlardandır.

Məşhur Məmmədov- Antroponim həqiqətən məşhur olub. İclaslardakı Susqunluğu ilə məşhurlaşan Məşhur Məmmədov da Embavood mağazalar şəbəkəsi ilə məşhuri cahan olub.  Milli Məclisin İntizam Komissiyasının üzvi Məmmədov o qədər intizamlıdır ki, səsini çıxarmağı intizam pozuntusu kimi qəbul edib, iclaslarda ağzına su alıb oturur. Təklif və iradlarını məktub formasında ünvanlayır. Məmmədov hadisələrə lal insan reaksiyası versə də, biznesdə diribaş və cəsurdur. 

                 məşhur.jfif


İkinci Qarabağ müharibəsində şəhid ailələrinə xeyirxahlığı ilə gündəmə gələn deputatımızın mərhəmətinə həsəd aparmamaq mümkün deyil.

Dahi beyin sahibi Məşhur deputatımız şəhid ailəsinə şampun, sabun, duş geli və ətir göndərməklə xalqın rəğbətini və səsini qazanmaq xəyalı ilə çıxdı  yola. Lakin işıq gələn istiqaməti seçə bilmədi.

Sərvəti başından aşan , biznesi yağ kimi gedən Məşhurun niyəsə deputat kimi bəxti gətirmir. 

Adı çəkilən deputatların qanunvericiliyin təkminləşdirilməsində rol və iştirakları müşahidə olunmayıb, parlamentlə şəxsi obyektlərini  səhv salıb, iclas zamanı gözlərinin acısını almağa da fürsət  tapırlar.

Gələcək araşdırma yazılarımızda bu siyahını daha da genişləndirəcəyik.

Adı çəkilən  “deputat”lardan fərqli olaraq, Qənirə xanım kimi parlamentdə zümrənin səsi olan, xalqın dərdləri ilə yaşayan, millətinin  problemini şəxsi problemi kimi qəbul edən, deputat səlahiyyətlərinin öhdəsindən ləyaqətlə gələn deputatlarımız da var.

CIA.AZ