|
Müsavatdan Nəsib Nəsiblinin istefasına reaksiya

"Nəsib Nəsibli indi istefa verir? Mən elə bilirəm 2010-da da istefa verib”.

Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının divan üzvü, başqan müavini Səxavət Soltanlı deyib. O, vurğulayıb ki, son 10 ildə Nəsib Nəsiblini bir dəfə də olsun Müsavat partiyasında görməyib: “Hətta mən onun çoxdan siyasətdən getdiyini bilirdim. Son 10 ildə mən Nəsib bəylə rastlaşmamışam”.

Qeyd edək ki, sabiq millət vəkili Nəsib Nəsibli Müsavat Partiyasının üzvlüyündən istefa verib. O, ötən gün partiya sıralarından çıxması ilə bağlı Müsavatın Xətai Rayon Təşkilatına ərizə ilə müraciət edib.