|
Lənkəran meşələrindəki yanğınla bağlı SON VƏZİYYƏT

Lənkəranda meşəlik ərazidə baş verən yanğınlar söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.