Milli Məclisdə deputat Eldəniz Səlimovla bağlı müzakirələr davam edir.
Deputat Qüdrət Həsənquliyev çıxışında bildirdi ki, çox üzücü hadisə baş verib. “Bizim Baş Prokurorluğun təqdimatını şübhə altına almağa əsasımız yoxdur. Xüsusilə ona görə ki, Eldəni Səlimov üzr istəyib və səhvini etiraf edib”, deyən deputat bir məqama diqqət çəkdi.
Q.Həsənquliyev E.Səlimovun üzrxahlıqla bağlı açıqlamasında bəzi nüansların olduğunu bildirdi. Deputat qeyd etdi ki, həmkarı anons etdiyi həmin məqamlara tam aydınlıq gətirməyib. Odur ki, Baş prokurora müraciətlə bu məsələlərə aydınlıq gətirilməsini xahiş etdi: “Ümid edirəm ki, sona qədər hörmətli Kamran müəllim bu işi nəzarətdə saxlayacaq, obyektiv qərar qəbul olunacaq”. Q.Həsənquliyev Baş prokurorun təqdimatına səs verəcəyini də vurğuladı.
