Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən tənqidindən sonra Türkiyə ilə normal əlaqələrin saxlanılacağına ümid edir. Məlumatı RİA "Novosti" yayıb.
Türkiyə lideri Rusiya prezidenti Vladimir Putini qondarma "erməni soyqırımı" iddialarına səstək verdiyinə görə tənqid edib.
Dmitri Peskov isə deyib ki, Kremldə Türkiyə ilə Rusiya arasında konstruktiv əməkdaşlığın gələcək inkişafına ümid edirlər.
"Ümid edirik ki, münasibətlər indiyədək olduğu kimi inkişaf edəcək. Bizim çoxlu birgə layihələrimiz var. Ona görə də məşğul olunası işlər çoxdur", - Peskov əlavə edib.
Cia.az
