Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Borsunlu-Qazaxlar yolunda qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
