|
Biləsuvarda yük maşını minik maşını ilə toqquşub

Biləsuvar rayonunda "QAZel" markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, avtomobillərin toqquşması barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.