ABŞ-ın yeni strateji “B-21 Raider” bombardmançı təyyarəsi Rusiyanın hava hücumunndan müdafiə (HHM) sistemləri üçün əsl başağrısına çevriləcək.
Bu barədə “The National İnterest” jurnalında məlumat yayılıb.
Jurnalın informasiyasına görə, yeni təyyarə istənilən hədəf üçün böyük təhdid sayılır. Rusiyanın hətta ən effektiv müdafiə vasitələri belə bu təyyarəni aşkarlamaq və məhv etmək gücündə deyil.
Yazı müəllifi Kris Osbornun fikrincə, indi Rusiya zenit-raket müdafiə sistemlərinə “B-21 Raider”ləri heç olmasa izləyə bilməsi üçün daha dəqiq radarlar lazımdır. Çünki müasir stels-texnologiyalar bundan sonra RF Müdafiə nazirliyi üçün əsl kabus olacaq.
Yeni bombardmançıların 2025-ci ildən istismara verilməsi gözlənilir. “B-21”lərə yüksək texnologiyalı hipersəsli raketlərin quraşdırılması gözlənilir.
