|
Qənirə Paşayeva Türkiyə ilə bağlı çağırış etdi:

Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyədə baş verən meşə yanğınları ilə bağlı dəstək nümayiş etdirib.
Millət vəkili bununla bağlı sosial şəbəkədə paylaşım edərək, hər kəsi qardaş Türkiyəyə maddi və mənəvi dəstək verməyə səsləyib.

Həmin paylaşımı təqdim edirik:

“Qardaş Türkiyədə meşə yanğınlarında zərər görmüş yaşıllıqları bir an öncə bərpa etmək, təbiətin və insanların yaralarını sarmaq adına operativ addım atan bütun konül dostlarını, insansevərləri, təbiətsevərləri və əlbəttə, Türkiyəsevərləri alqışlayıram. Biz də TEMA Vəqfi üzərindən 500, ÖGEM Vəqfi üzərindən 100 fidan bağışında bulunaraq, bu işə öz dəstəyimizi ifadə etdik. Bütün dostlarımı, türk dünyası sevdalılarını Türkiyəyə mümkün dəstəyə, o cümlədən fidan bağışına çağırıram.

Yanğından ziyan görmüş bölgələri dəstəkləmək üçün bir aylıq əmək haqqımın əhəmiyyətli bir hissəsini Türk Kızılayına bağışladım. Bütün dünyada yaşayan qardaşlarımızı Türk millətinin birliyini bütün düşmənlərə göstərməyə çağırıram. Səninləyik Türkiyəm!"