ABŞ prezidenti Co Bayden qubernatorlarla keçirdiyi mətbuat konfransında növbəti çaşqınlığa yol verib.
Bu barədə “The New York Post” qəzeti məlumat yayıb. Qəzetin infromasiyasına əsasən, iclas zamanı prezident köməkçilərindən birindən “Ser, çənənizdə nəsə var” yazılan kiçik vərəq alıb. Jurnalistlərin müşahidələrinə görə, həmin vaxt prezident səhər yeməyi yeyərkən bişmiş yumurta parçası onun çənəsinə yapışıbmış.
Yazını oxuduqdan sonra prezident barmaqları ilə çənəsini silib, daha sonra əlinin tərsi ilə təmizləyib. Co Baydeni ələ verən elə məhz köməkçisindən gələn vərəqi oxuyan zaman yol verdiyi hərəkət olub. Belə ki, prezident vərəqi tərsinə tutduğuna görə hər kəs orada nə yazıldığını aydın şəkildə görüb.
![]()
