|
Tokio-2020: Azərbaycan boksçusu 1/8 final döyüşünə çıxacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Yaponiya paytaxtındakı yarışın 9-cu günündə 21 dəst medal sahibini tapacaq. Azərbaycan yığmasının yalnız bir idmançısı bu gün gücünü sınayacaq. Boksçu Cavid Çələbiyev 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaq. O, Ermənistan təmsilçisi Ovanes Baçkovla üz-üzə gələcək.

31 iyul

07:36. Boks, kişilər. 63 kq, 1/8 final. Cavid Çələbiyev – Ovanes Baçkov (Ermənistan)