|
Ermənistan 10 noyabrdan sonrakı itkilərini açıqladı - 66 nəfər

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonrakı müddət ərzində Ermnənistan azı 66 hərbçi, “könüllü”, ehtiyatdan hərbi xidmətə çağırılan vətəndaşını itirib. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, 24 nəfər döyüş itkiləridir, Azərbaycanın Qarabağ bölgəsində, həmçinin may-iyun aylarında sərhəd boyunca baş verən toqquşmalar zamanı məhv edilib. 42 nəfərsə qeyri-döyüş itkiləridir, intihar, xəstəlik, avtomobil qəzası, silahla ehtiyatsız davranma nəticəsində ölüb.

Ermənistan tərəf həyasızcasına iddia edib ki, Azərbaycan 10 noyabrdan sonra nəinki əsirləri qaytarmayıb, hətta anlaşmadan sonra 85-dək ermənini əsir götürüb, onların 30-u qaytarılıb. İrəvan 18 may və 14 iyulda ümumilikdə 3 hərbçisinin itkin düşdüyünü də açıqlayıb, onların da izini Azərbaycanda axtarmağa cəhd göstərib.

Bütün bunlar erməni ordusunun necə miskin durumda olduğunu göstərir.