Belarus prezidenti Aleksandr Lukaşenko siyasi opponentlərinin onu korrupsiya cinayətlərində ittiham etmək cəhdlərini əbəs adlandırıb.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, dövlət başçısı bu barədə kadr məsələləri ilə bağlı keçirilən müşavirədə danışıb.
“Hansısa “feyk”ləri adıma bağlamaq istəyirlər. müxalifətçilərin ölkədə korrupsiya hallarının mövcud olması barədə söylədikləri boş söz-söhbətdir”,-deyə o bildirib.
“Deyilənə görə, hakimiyyət insanı korlayır. Lakin bunun mənə dəxli yoxdur. Çünki mən küçədə böyüyən kənd uşağıyam”-deyə Aleksandr Lukaşenko söyləyib.
Belarus prezidenti dövlətə və xalqa sədaqətin dövlət qulluqçuları üçün əsas tələb olduğunu dilə gətirib.
“Ötən illərin bizə verdiyi dərslər onu göstərib ki, hakimiyyətdə ancaq ləyaqlətli insanlar ola bilər,”-deyə o, qeyd edib.
