|
Kubada 5 general ard-arda müəmmalı şəkildə ölüb

Kubada 9 gün ərzində 5 general ölüb.

Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Yüksək rütbəli hərbçilərin ölüm səbəbləri barədə hələ ki rəsmi məlumat verilməyib.

Kuba generalları bu ilin 17-26 iyul aralığında ölüblər. Onların ən kiçiyinin 58 yaşı olub.

Amerika universitetinin Kuba üzrə eksperti Uilyam Leo-Qrande müəmmalı ölümlərin ona Sovet İttifaqında 3 il ərzində 3 dövlət rəhbəri - Leonid Brejnev, Yuri Andropov və Konstantin Çernenkonun vəfat etməsini xatırlatdığını bildirib.

Qeyd etmək lazımdır ki, Kuba koronavirusun əsas episentrində yerləşən dövlətlərdən biri sayılır. Ötən həftənin bazar günündə “Azadlıq adası”ndan 8853 yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, 2021-ci ilin aprelindən bu yana Kuba rəsmi olaraq Kastro qardaşlarının idarəçiliyindən çıxıb. Son üç ildə ölkəyə faktiki olaraq Migel Dias-Kanel başçılıq edir.