|
Azərbaycanda iki uşaq anası olan qadın "patı"dan ölüb

Bakıda bu gecə 24 yaşlı qadın yeni sintetik narkotikadan (patı) dünyasını dəyişib.

“Report”un məlumatına görə, bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.

O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.

İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”.