Türkiyə Böyük Millət Məclisinin ilk kor millət vəkili olan Lokman Heyva Fətullah Gülənin yaratdığı şəbəkədən danışıb.
Millət vəkili Türkiyədə qurulan "Paralel dövlət" barədə verilən suala belə cavab verib:
"Paralel dövlət kasıbları və əlilləri içlərinə almırlar. Bu məsələdə masonlar kimidirlər".
Bu iki xüsusiyyətindən ötrü "paralelçi" ola bilməyəcəyini deyən Heyva bir çox əlil uşaqların pulunu verdiyi təqdirdə belə Gülən şəbəkəsinə aid məktəblərdə oxuya bilmədiyini və onların açıq şəkildə oxuda bilməyəcəyini bəyan ediblər.
"Hətta bu təşkilatlardan birində baş direktor olan yoldaşım belə qüsurlu olan öz uşağını bu məktəblərə yazdıra bilmədi. Bu səbəbdən mənim "paralelçi" olma ehtimalım sıfırdır. Məni masonlar da, "paralelçilər" də içlərinə almaz. Çünki əliləm".
Cia.az
