|
Naxçıvanda dəhşətli yol qəzası

İyulun 25-də saat 17 radələrində Naxçıvan şəhərinin Tumbul kəndi ərazisində ağır yol qəzası baş verib.

Qaraçuq kənd sakini H.Əliyevin idarə etdiyi “Lexus” və Naxçıvan şəhər sakini Hikmət Rəşidovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Rəşidov və sərnişini Çimnaz Yusifzadə ölüblər.

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.