|
8 yaşlı oğlan benzini şirə bilib içdi və öldü -

Ağcabədi rayonunda baş vermiş bədbəxt hadisənin təfərrüatları məlum olub. Hindarx qəsəbəsində benzin içərək ölən Cəsarət Cəfərovun 8 yaşı varmış. Orta məktəbin 2-ci sinif şagirdi olan C.Cəfərov atasının avtomobilinin baqajında saxlanılan ehtiyat benzini içib.

Bildirilir ki, benzinə qırmızı rəngli qatqı vurulduğundan azyaşlı onu şirə hesab edib və başına çəkib. Hadisədən xəbər tutan uşağın valideynləri Cəsarəti xəstəxanaya aparsa da, artıq gec olub.

Cia.az