|
Manyakın qohumları onun müdafiəsinə qalxdı:

Türkiyənin Bursa şəhərində beş yaşlı qız uşağına təcavüz etdiyinə görə linç edilən daha sonra isə polisə təhvil verilən şəxsin qohumları onun “müdafiəsinə” qalxıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisənin baş verməsini sübuta yetirən videonu polisə təhvil verən məhəllə sakini Murat Kırtorun təcavüzü həyata keçirən şəxslərin qohumları tərəfindən əvvəl hədələnib sonra isə ona bu barədə polisə məlumat verməmək müqabilində pul təklif olunub.

M. Kırtorun evində olan kameranı təhlükəsizlik məqsədi ilə quraşdırdığını və nə vaxtsa orada belə bir tükürpədən görüntüləri izləyəcəyini düşünmədiyini söyləyib.

Ev sahibi bildirib ki, təcavüzkarın qadın qohumu əvvəl onu hədələyib və şikayəti geri götürməyi əmr edib. Lakin ev sahibi bildirib ki, onun bu davranışı da kameralar tərəfindən qeydə alınır və hüquq mühafizə orqanlarına təqdim olunacaq.

Bunu eşidən qadın hədə tonundan imtina edərək susmaq müqabilində M. Kırtoruna pul təklifi edib.

Ev sahibi artıq qadınla əlaqədar da polisə müraciət edib.

“Vətəndaşlardan xahişim budur ki, imkanları çərçivəsində evlərinə təhlükəsizlik kameralar quraşdırsınlar. Heç olmasa bu vasitə ilə oxşar hadisələri törədənləri çirkin niyyətlərindən əl çəksinlər”, - deyə Murat Kırtorun bildirib.