|
Şəmkir sakini dayısını bıçaqlayaraq öldürüb FOTO VİDEO

Şəmkirdə bıçaqlanan şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1989-cu il təvəllüdlü Turan Əzizov şəxsi münasibətlər zəminində dayısı, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevə bir neçə bıçaq xəsarəti yetirib.

Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaq, onu xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Faktla bağlı araşdırma aparılır.