İranın səlahiyyət müddəti başa çatmaqda olan Prezidenti Həsən Ruhani Türkiyəni Dəclə və Fərat çaylarından ədalətsiz istifadə etməkdə günahlandırıb. Azvision.az bu barədə “İRNA”ya istinadla xəbər verir.
Ölkədəki ekoloji problemlərə toxunan Ruhani, Türkiyəni bölgədəki su mənbələrindən sui-istifadə etməkdə günahlandırıb və bunun İranda ciddi nəticələrə səbəb olduğunu vurğulayıb.
"Yalnız bir ölkənin (Türkiyə) iki böyük və əhəmiyyətli çaydan - Dəclə və Fəratdan istifadə etməsi axının aşağı hissəsindəki torpağın qurumasına səbəb olacaq, bu isə qonşu ölkələrə, yəni bizə təsir edəcəkdir", - Prezident deyib.
