|
"Yeni ailə qurmazdan əvvəl virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunmur" - TƏBİB

Bu günə qədər peyvənd olunanlar arasında heç bir ciddi əks təsir müşahidə olunmayıb.
Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib:

"Dünya praktikasında da var, yeni ailə qurmazdan əvvəl virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunmur. Çünki vaksinlər dölün inkişafında problemlərə səbəb ola bilər. Bu səbəblə belə məqamları nəzərə almağı tövsiyə edirəm".