|
Tokio-2020-də İLK -

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq kişilər arasında skeytbord yarışı keçirilib.

Yarışın qalibi Tokio-2020-yə ev sahibliyi edən Yaponiyadan Yuto Horigome olub. O bütün yarışçıları geridə qoyaraq qızıl medalı qazanıb.

Olimpiya Oyunları tarixində ilk dəfə olaraq keçirilən skeytbord yarışında braziliyalı Kelvin Hoefler gümüş, ABŞ-dan Jagger Eaton isə bürünc medal qazanıb.