|
Erməni XİN-də Qarabağ təlaşı

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan aprelin 29-da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. 

ANS PRESS-in məlumatına görə, erməni nazir bu barədə İrəvanda Belçika xarici işlər naziri Didye Reynderslə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmsədrlərlə görüş Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsidir. 

“Danışıqlar prosesinin davam etdirilməsi məqsədi ilə 29 apreldə mən Minsk qrupunun həmsədrləri ilə görüşəcəm. Danışıqlar prosesinin alternativi yoxdur”, - deyə Nalbandyan vurğulayıb