Horadiz-Naxçıvan, Şuşa və Ağdam istiqamətlərində dəmiryol xəttinin çəkilməsi ilə bağlı işlər sürətlə davam edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, Ağdam istiqamətində artıq 20 kilometr yol yatağı tikinti üçün hazırdır.

 

O qeyd edib ki, ərazilərin minalanması dəmir yolu infrastrukturunun yaradılmasını çətinləşdirən əsas səbəbdir: "Dəmiryol xəttinin çəkilişi zamanı işçilər minaların üzərindən keçiblər. Xoşbəxtlikdən mina partlamayıb".