ABŞ və Almaniya arasında “Şimal axını-2” layihəsi ilə bağlı əldə olunan razılaşma amerikan sanksiyalaırnın tətbiq olunma perspektivini heçə endirdi”.
Belə bir rəy “Fitch” reytinq agentliyinin eksperti Dmitri Marçenko tərəfindən səslənib. Ekspert Rusiya və Ukrayna arasında tranzit müqaviləsinin hansı şərtlər əsasında imzalanacağının hələ bilinmədiyini qeyd edb. Burada Ukraynadan ildə 30-40 milyard kubmetr qazın nəql olunmasından söhbət gedə bilər. “Müəyyən dərəcədə bu “Qazprom”a da sərf edir. Çünki Rusiya bununla Ukrayna qaz marşrutunu bütün ehtimallara qarşı əlində saxlamış olur”,-deyə o, bildirib.
Dmitri Marçenkonun sözlərinə görə, Ukrayna marşrutu “OPAL” və “EUGAL” kimi tətbiq olunan qaz kəmərlərinə alternativ variant kimi nəzərdə tutulacaq.
