“Arsenal” yarımmüdafiəçisi Emil Smit Rou ilə yeni müqavilə bağlayıb.
Qol.az xəbər verir ki, bu barədə London klubunun rəsmi sayı məlumat yayıb. 20 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb. Britaniya mətbuatı tərəflərin 5 illik müqaviləyə imza atdığını yazıb.
Qeyd edək ki, Emil “Arsenal”ın öz yetirməsidir. O, 2019-cu ildə “Leypsiq”də, ötən il isə “Haddersfild Taun”da icarədə oynayıb.
