|
Meray Kerinin 10 yaşlı qızı model oldu

Dünya şöhrətli müğənni Meray Kerinin 10 yaşlı qızı anasının yolunu davam etdirir.

 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, balaca Monro ilk dəfə model olaraq debüt edib. O, Amerikanın uşaq geyimləri şirkəti "OshKosh B'gosh"ın reklamında rol alıb.

30 saniyəlik reklam çarxında Manro ulduz Meray Keri olmağı xəyal edən qızı canlandırıb. Reklam çarxının məqsədi bütün məşhurların bir zamanlar öz arzuları olan uşaqlar olduğunu təqdim etməkdir.