|
Cennifer Benlə yaşayacağı evi seçib - Fotolar

Müğənni Cennifer Lopez yenidən eşq yaşamağa başladığı Hollivud ulduzu Ben Affleklə birgə yaşayacaqları evi seçib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, müğənni Los-Ancelesdə yarımtikili malikənin inşası prosesini izləyərkən görüntülənib.

 

Bəzi mənbələrin məlumatına görə, Benin Cenniferə evlilik təklifi etməsi gözlənilir.

Qeyd edək ki, Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar.