| Xəbər 1734 dəfə oxunub
Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Nəbi Kərimov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. N.Kərimovun hansı şəraitə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.