|
ABŞ-da mənzildə partlayış baş verib,

ABŞ-ın Texas ştatının Dallas şəhəri yaxınlığında mənzildə baş verən partlayış nəticəsində azı altı nəfər yaralanıb.

APA “Fox News”a istinadən xəbər verir ki, hadisə bazar ertəsi yerli vaxtla 16:45-də (Bakı vaxtı ilə 20 iyul, saat 00:45-də) qeydə alınıb.

Partlayış nəticəsində bina tamamilə dağılıb və yaxınlıqdakı üç evə ziyan dəyib.

Yaralılardan üçü azyaşlıdır. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb