Elmi-fantastik filmlərdə gördüyümüz bu dondurulmuş insanların həqiqətən həyatda olduğunu bilirdinizmi?
Bəli, 100 il ərzində bir kapsulda donub qalan, illər sonra oyanan həqiqətən də var.
1960-cı illərdə elm və tibbin sonrakı illərdə daha da inkişaf edəcəyini düşünən elm adamları, xəstə və yaşlı insanları dondurmaq və illər sonra oyatmaq üçün bir layihə hazırlamağa başlayıblar.
“Cryonics Project” adlandırdıqları bu layihədə ölən insanlar dərhal dondurulur və xüsusi borulara yerləşdirilir. Layihə bu istiqamətdə irəliləsə də, bu gün də dondurulmuş insanların aqibəti ilə bağlı heç bir nəticə açıqlanmayıb. Başqa sözlə, müəyyən bir ödənişlə özlərini donduran insanlar bu təcrübədə bir predmet olurlar. Çünki heç vaxt oyanmaya da bilərlər.

“Cryonics” layihəsinin bu qədər populyar və real olduğuna inanılmasının ən böyük səbəbi isə alim Dr. Paul Seqalın öz itinin üzərində bu təcrübəni aparmasıdır.
Öz itini dondurub sonra diriltməyi bacaran Seqal bu müvəffəqiyyətindən sonra eyni təcrübəni bir qurbağa üzərində sınayıb və insanların layihəyə tələbi artıb.

“Cryonics” layihəsi sayəsində dondurulan ilk insan Dr. James Bedfordun fotosu ...
73 yaşında böyrək xərçənginə tutulan və müalicəsi tapılana qədər dondurulmasını istəyən J.Bedford, 12 yanvar 1967-ci ildən bəri bir “krio borusu”nda saxlanılıb.
Bu gün “Cryonics” layihəsi çərçivəsində dondurulmuş və həyata dönməsini gözləyən 230 nəfər var. 1000-dən çox insan isə dondurulmaq üçün müraciət edib və gözləyirlər. Layihədə iştirak etmək üçün türkiyəli iş adamı da müraciət edib. Məşhur iş adamı Güner Kuban dünyanın gələcəkdə necə olacağını görmək üçün bu layihəni imzalayan ilk Türk olub.

Bu gün “Cryonics” layihəsi çərçivəsində xidmət göstərən bir çox şirkət var. Bu şirkətlər dondurulmasını qəbul edən insanlara bir qolbaq verir və üzərinə “dəfn etməyin” və “сəsədini yarmayın” sözləri yazılır. Beləliklə dondurulana qədər bədənə zərər verilmir. “Cryonics” layihəsi daxilində xidmət göstərən şirkətlər 100 ilədək dondurulmuş müştərilərini oyandırmağın bir yolunu tapa bildiklərini iddia etdikləri üçün müraciət tələbi hələ də davam edir.
