Azərbaycanın peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun anası, 93 yaşlı Adelaida Məmmədova bu gün dəfn olunacaq.
Bu barədə aznews.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mərhumla vida mərasimi saat 14-də Təzəpir Məscidində keçiriləcək. A.Məmmədova II Fəxri Xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Adelaida Məmmədova 1977-ci ildə Bülbülün Memorial Muzeyi yaradılarkən onun direktoru təyin edilib.
