|
Arif Babayevin səhhəti necədir?

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib.

 

Axşam.az xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:

"Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi. Sevinirik ki, müalicənin nətciəsi yaxşıdır".

Qeyd edək ki, A.Babayev ötən il insult keçirib.